Sürücülər üçün təlim keçən Arzu Babazadə karantin günlərində xeyirxah işlər də görüb. O, ümumilikdə 12 ailəyə uzun müddət üçün nəzərdə tutulan yardımlar təşkil edib. Arzu Babazadəyə bu işdə dostları da kömək edib. Yardım edilənlər arasında Qarabağ və Aprel döyüşlərinin iştirakçıları, 4 fiziki qüsurlu ailə də olub. Həmin ailələrə yardım kampaniyasına polislər də qoşulub. Bu barədə Avtosfer.az-a məlumat verən A.Babazadə deyib ki, ərzaq yardımı üçün maddi dəstəyi Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları edib.
Fiziki qüsurlu iki nəfərə isə əlil arabasının alınmasına Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yardım edib. Şöbənin əməkdaşı, polis baş serjantı Zaur Cahangirovun təşkilatçılığı ilə şöbənin bütün əməkdaşları pul yığaraq əlil arabalarını alıblar. Arzu Babazadə isə həmin arabaları ehtiyacı olan şəxslərə çatdırıb: “Mən polis əməkdaşlarına təklif etdim ki, yardımları və əlil arabalarını paylamaq üçün bizimlə birlikdə getsinlər. Amma onlar bunu istəmədilər və bildirdilər ki, biz reklam istəmirik. Mən isə Avtosfer.az saytı vasitəsilə həm öz adımdan, həm də həmin ailələr adından Azərbaycan polisinə təşəkkürümü bildirirəm”.
Elmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man