Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verib - FOTO - VİDEO

İctimai nəqliyyat 09 May 2020 | 16:30
OXUNUB: 1906

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsində, mayın 9-da DİN Baş İctimai Təhlükəsizlik və Mülki Müdafiə idarələrinin yerləşəcəyi inzibati binanın yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.
Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov görülən işlər barədə nazirə məlumat verərək bildirib ki, 4 mərtəbəli xidməti binanın əsaslı təmir və yenidənqurma işlərinə ötən ilin noyabrında başlanılıb, müasir standartlara uyğun olaraq əsaslı təmir edilib. Binanın fasadı dekorativ aqlay daşı ilə üzlənib, paslanmaz dəmirdən məhəccərlər qurulub, xidməti otaqlar müasir tələblərə uyğun keyfiyyətli materiallardan istifadə edilməklə təmir olunub, zəruri mühəndis təminatı işləri görülüb. Qeyd olunub ki, ümumi sahəsi 1556 kvadratmetr olan inzibati bina bütün zəruri kommunikasiyalarla təchiz edilib. Xidməti otaqlar mebel və inventarlarla təmin olunub. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici isıqlandırma işləri yerinə yetirilib.
General-polkovnik Vilayət Eyvazov binadakı xidməti otaqlar, müasir avadanlıqlar və digər yardımçı sahələrlə yaxından tanış olub, ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərə baxıb.
Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıqlarını verib.
O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, ölkəmizin siyasi, hərbi və iqtisadi qüdrətinin daha da yüksəldilməsi istiqamətində aparılan geniş quruculuq işləri, fəal hüquq mühafizə siyasəti daxili işlər orqanlarının da fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidməti iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb.
Daxili İşlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət dövlət başçımızın daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya əməli işlə cavab verəcək, sabitliyin, əmin-amanlığın, ictimai təhlükəsizliyin nümunəvi qorunması sahəsində bundan sonra da qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcəkdir.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man