DYPsərnişindaşıma ilə bağlı reyd keçirib - FOTO

İctimai nəqliyyat 09 May 2020 | 16:00
OXUNUB: 1370

Xüsusi karantin rejiminin tələblərinin təmin olunması məqsədilə sərnişindaşıma sahəsindəki vəziyyətə ciddi nəzarət olunur. Rayondaxili marşrutlarda sıxlığın yaranmaması, sərnişinlər arasında sosial məsafənin qorunması, həm sürücülərin, həm də sərnişinlərin sağlamlığının qorunması məqsədilə tibbi maskalardan istifadənin təmin olunması məqsədilə istər profilaktiki, istərsə də reyd xarakterli tədbirlər davam etdirilir. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən sərnişindaşıma ilə məşğul olan iri və kiçiktutumlu nəqliyyat vasitələri saxlanılmaqla karantin rejiminin tələblərinə riayət olunub olunmaması yoxlanılıb. Karantin qaydalarını pozanlar barəsində inzibati qaydada protokollar tərtib edilib. Marşrutlarda sərnişin sıxlığı hallarına çox rast gəlinməsə də, sərnişinlərin bir çoxunun maskadan istifadə etmədiyi üzə çıxıb. Həmin sərnişinlərə polis əməkdaşları tərəfindən maskalar paylanıb. Reyd zamanı eyni zamanda 2 nəfərdən artıq sərnişin daşıyan taksi sürücüləri də aşkarlanıb. Onlara da karantin qaydalarını pozduqları izah olunub və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Ümumilikdə isə indiyə qədər Lənkəranda yol patrul xidməti əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarını pozan 440-dan artıq şəxs barəsində protokol tərtib edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man