Yol polisi avtobuslarda təbliğat aparıb maska payladı - VİDEO - FOTO

İctimai nəqliyyat 09 May 2020 | 15:47
OXUNUB: 1600

"COVID-19 pandemiyası ilə əlaqədar olaraq paytaxt Bakıda, o cümlədən Abşeron rayonu və Sumqayıt şəhərində Dövlət Yol Polisi ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət edib-etmədiyini yoxlayır". Bunu Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, həm Saray qəsəbəsi ərazisində yerləşən postda, həm də Ekoloji Nəzarət Bölüyünün xidmət ərazisində olan postda avtobuslar saxlanılaraq sərnişinlər yoxlanılır. "Maskasız hərəkət edən sərnişinlərə bu dəfə tibbi maskalar paylansa da növbəti dəfə onların maskasız hərəkət etmələrinə icazə verilməyəcəyi barədə xəbərdarlıq olunur. Bildirilir ki, tələb olunan sanitariya-gigiyena qaydalarına ciddi əməl olunmalı və ictimai nəqliyyatda tibbi maskadan mütləq şəkildə istifadə edilməlidir."
Şöbə rəisi bildirib ki, bu tədbirlər karantin müddətində gündəlik olaraq davam etdiriləcək. "Əsas məqsəd əhalinin sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınmasıdır."

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man