Yevlaxda koronavirusa qarşı tədbirlər davam etdirilir - FOTO

İctimai nəqliyyat 09 May 2020 | 15:00
OXUNUB: 1272

Yevlax Şəhər İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər keçirirlər.
Şəhər İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq ölkə ərazisində tətbiq edilən xüsusi sanitar rejiminin qaydalarını sakinlərin diqqətinə çatdırırlar. Sosial müavinətlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir. Həmçinin ictimai nəqliyyat vasitələrindən istifadə edən hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət edilməsi tövsiyə olunub. 
ŞİH-nin əməkdaşları və könülülər sakinlərə sosial məsafənin hər kəsin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə maarifləndirici səpkidə söhbətlər aparılıb və tibbi maskalar paylanıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man