Zaqatalada yol polisinə tabe olmayan şəxs üzr istədi - VİDEO

İctimai nəqliyyat 09 May 2020 | 00:29
OXUNUB: 6303

Zaqatalada yol polisi ilə sakinlər arasında qarşıdurma olub, həbs edilən var. Avtosfer.az-ın məlumatına görə, yol polisi və sakinlər arasında qarşıdurma ilə bağlı sosial şəbəkələrdə yayılan video görüntülərlə bağlı Zaqatala rayon polis şöbəsinin rəhbərliyi və müvafiq qurumlar tərəfindən araşdırma aparılıb.

Məlum olub ki, həmin hadisə mayın 6-da rayonun Kəpənəkçi kəndi ərazisində qeydə alınıb. Kənd sakini Cavid İsayev idarə etdiyi “VAZ” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən digər kənd sakininin ev quşlarını vuraraq öldürüb. Ərazidə olan Dövlət Yol Polisi əməkdaşları həmin sürücüyə saxla əmri versə də o, yol polisi əməkdaşlarına tabe olmayaraq hərəkətini davam etdirib.

Həmin sürücü məcburi qaydada saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur. Həmçinin onun etibarnaməsi də olmayıb:

Buna baxmayaraq polis əməkdaşları şəraitə uyğun hərəkət edərək qanuni tədbir görüb. Həmin şəxslərin hərəkətləri ilə bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücü 10 sutka inzibati həbs cəzası alıb. Səs-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib.

Qeyd edək ki, sürücü və videonu çəkib yayan şəxslər yaxın qohumdurlar.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man