Yol polisi Suraxanıda karantin rejiminə nəzarəti davam etdirir - VİDEO

İctimai nəqliyyat 08 May 2020 | 11:23
OXUNUB: 1284

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonunun bir sıra küçə və prospektlərində qurulan postlarda xidmət davam edir. Avtosfer.az xəbər verir ki, Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları postlarda hər bir nəqliyyat vasitəsini fərdi şəkildə saxlayaraq yoxlayır. İcazə sənədi, xüsusi bildirişi olmayan nəqliyyat vasitələrinin sürücüləri karantin rejimini pozduğunu görə cərimələnir.

Eyni zamanda avtomobildə olan icazəsi olmayan sərnişinlər barəsində də tədbir görülür.

Yol polisi əməkdaşları sürücü və sərnişinlərə tibbi maskalardan istifadə etməyi tövsiyə edir. Tibbi maskası olmayanlara maska hədiyyə olunur.

Vətəndaşlar yol polisinin bu addımından razılıqlarını ifadə edirlər.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man