Bayraq meydanında "avtoşluq" edərək "protiv" gedən sürücü həbs edildi - VİDEO

İctimai nəqliyyat 05 May 2020 | 14:28
OXUNUB: 1981

İki gün öncə paytaxt yollarında müxtəlif qayda pozuntuları nümayiş etdirərək avtoxuliqanlıq edən 90 HS 500 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü həbs edilib. 

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, araşdırılma nəticəsində  avtoxuliqanlıq edən sürücünün Nəcəfli Fəqan Əfqan oğlu olduğu müəyyən edilib.

“Hyundai” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində yol polisi tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. 4 may 2020-ci il tarixində məhkəmənin qərarı ilə Nəcəfli Fəqan barəsində bir il sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati həbs tədbiri seçilib.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man