Yol polisləri barmağı qopan şəxsi xəstəxanaya belə çatdırdı - VİDEO

İctimai nəqliyyat 03 May 2020 | 17:17
OXUNUB: 2160

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının xüsusi tağımının xidməti ərazisində hadisə baş verib. Avtosfer.az xəbər verir ki, Binəqədi rayonu ərazisində sürücü öz həyətində avtomobilin təkərini dəyişən zaman qaldırıcı qurğu onun əlinə düşüb və barmağını qoparıb. Dostunun maşını ilə xəstəxanaya gedən zaman Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında dayanaraq yol polislərindən kömək istəyiblər. Həyəcanlı olduğu üçün avtomobilini sürə bilmədiyini deyən şəxs yaralını aparmağı xahiş edib. Avtosfer.az xəbər verir ki, 99 YP 740 dövlət nömrə nişanlı, YPX avtomobilində xidmət aparan xüsusi tağımının əməkdaşları polis leytenantı Sənan Məmmədov və polis kapitanı Arif Şükürov dərhal müdaxilə edərək yaralını Abşeron rayon Təcili Tibbi Yardım Mərkəzinə çatdırıblar. İlkin tibbi yardım göstərildikdən sonra patrul maşını ilə Travmatologiya mərkəzinə aparılan şəxs əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man