Yol polisləri köməksiz qalan sürücüyə belə yardım etdi - FOTO

İctimai nəqliyyat 29 Aprel 2020 | 20:45
OXUNUB: 2314

Dünən (28 aprel), saat 21:30 radələrində Xırdalan dairəsindən şəhər istiqamətində qurulmuş karantin postunun yaxınlığında vətəndaş Vüqar Sadiqova məxsus 90 CC 116 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobilin ön təkəri deşilib. Əlil olan Vüqar köməksiz vəziyyətdə qalıb. Bu zaman ərazisində 99 YP 683 dövlət nömrə nişanlı, patrul avtomobili ilə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Ekoloji Nəzarət Bölüyünün əməkdaşları, polis serjantları Sarı Mustafayev və Elmir Əmirov sürücünün köməyinə çatıblar. Yol polisi əməkdaşları avtomobilin təkərini dəyişiblər. 

Vüqar Sadiqov Avtosfer.az-a müraciət edərək Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə, eyni zamanda ona kömək edən polislərə təşəkkürünü bildirib. Vətəndaşın saytımıza göndərdiyi fotoları təqdim edirik:

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man