Karantinə görə qurulan DYP postlarında 24 saat xidmət aparılır - FOTO

İctimai nəqliyyat 21 Aprel 2020 | 18:30
OXUNUB: 1394

Koronavirus pandemiyası səbəbindən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri yol polisi əməkdaşları tərəfindən də davam etdirilir.

Avtosfer.az xəbər verir ki, tədbirlər çərçivəsində DYP əməkdaşları tərəfindən paytaxtda və rayonların ərazisində qurulan müvəqqəti postlarda sürücülər saxlanılır, onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb olunur. Paytaxtın müxtəlif yollarında qurulan postlarda polis əməkdaşları ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində 24 saat xidmət aparırlar. Bir sözlə, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar avtomobil yollarında nəzarət daha da gücləndirilib.

Yol polisləri sürücüləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, nizam-intizama dəvət edirlər. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl etmələri tövsiyə olunur. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda icazə olmadan hərəkət edən şəxsləri, eləcə də nəqliyyat vasitələrinin sürücülərini və sərnişinləri yoxlayırlar. İcazəsi olmayan şəxslər müəyyən olunduqda barələrində tədbirlər görülür. Belə ki, səbəbsiz yerə yaşayış yerlərini tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər.

Zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir avtomobilin sürücüsünün məcbur qalmadıqda evdən çölə çıxmaması tövsiyə edilir.

Bakı şəhəri ilə yanaşı, respublikanın digər bölgələrində də yol polisi tərəfindən karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 20-si saat 00:00-dan aprelin 21-i saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1818 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 33 min 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Xatırladaq ki, xüsusi karantin rejimi aprelin 20-si saat 00:00-dan mayın 4-ü saat 00:00-dək uzadılıb. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması mayın 4-ü saat 00:00-dək uzadılıb.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man