Yol polisi karantin postlarında təhlükəsizliyi belə təmin etdi - VİDEO

İctimai nəqliyyat 21 Aprel 2020 | 15:47
OXUNUB: 2042

Karantin postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının təhlükəsizliyini təmin etmək, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində mövcud karantin postlarında xüsusi işıqlandırıcı vasitələr quraşdırmaya başlayıb. Avtosfer.az xəbər verir ki, həmin vasitələr günəş batareyaları ilə çalışır və qaranlıq düşən kimi işıq saçır. Bununla da sürücülər həmin əraziyə yaxınlaşarkən əvvəlcədən təhlükəsizlik tədbirləri görə bilir. 
Artıq paytaxtın bütün karantin postlarında bu vasitələr quraşdırılıb. Digər bölgələrdə də bu işıq cihazların quraşdırılması həyata keçiriləcək. 
Qeyd edək ki, bu vasitələr yol təsərrüfatında istifadə olunur və təhlükəsizliyi təmin etmək, sürücüləri xəbərdar etmək funksiyası daşıyır. Odur ki, onların karantin postunda quraşdırılması məqsədəuyğun haldır.

 

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man