Məşhur "avtoş" bu dəfə saxta nömrə ilə xuliqanlıq edir - VİDEO

İctimai nəqliyyat 20 Aprel 2020 | 11:13
OXUNUB: 9479

Paytaxt küçələrinin birində qaydaları kobud şəkildə pozan "VAZ 2107" markalı avtomobilin sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, üzərində saxta alman nömrəsi (sex-8888) olan avtomobildə konstruksiya dəyişikliyi edilib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu avtomobilin həqiqi nömrəsinin 90 OP 027 olduğu bildirilir.

Hazırda isə saxta nömrədən istifadə edərək paytaxt küçələrində eyni əməlləri təkrar edir.

Qeyd edək ki, sürücü dəfələrlə gecə saatlarında avtoxuliqanlıq edir. Musiqiyə yüksək səs verərək avtomobil ilə təhlükəli manevrlər edir. Həmçinin dəfələrlə digər sürücüləri təhlükəyə atır. Belə ki, əks yola çıxaraq yüksək sürətlə digər maşınları çaşdırır. Sürücü bütün bu hərəkətlərini çəkərək “Instagram” hesabında yerləşdirir. Həmçinin hesabında içki, narkotik kimi zərərli vərdişləri təbliğ edir.
Avtosfer.az bildirir ki, dəfələrlə yol polisi tərəfindən saxlanılaraq inzibati qaydada cərimə olunsa, həbs edilsə, sürücülük hüququ məhdudlaşdırılsa da sürücü islah olmur.
Həmçinin yol polisi tərəfindən saxlanılan zaman lezva çıxardaraq özünə xəsarət yetirir. Artıq o həddə çatıb ki, insanlar bu şəxsin əlindən təngə gəlib. Əslən Ağcabədi rayonundan olan Zahir adlı bu şəxs öz əməllərindən əl çəkmək istəmir. Əksinə hər dəfə cərimə olunduqdan sonra avtomobildə yenidən konstruksiya dəyişikliyi edir, daha kobud şəkildə qaydaları pozur. Görünür ki, inzibati həbs və cərimələr bu şəxsə təsir etmir. Yəqin ki, hüquq mühafizə orqanları bu şəxs barəsində daha ciddi şəkildə ölçü götürməlidir. Çünki vaxtında qarşısı alınmazsa ağır nəticələrə səbəb ola bilər.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man