Bu da Nizami məhkəməsinin qarşısında "avtoşluq" edənlərin sonu - VİDEO

İctimai nəqliyyat 17 Aprel 2020 | 16:36
OXUNUB: 1433

Bir müddət əvvəl Bakıda avtoxuliqanlar Nizami Rayon Məhkəməsinin önündə bir araya gələrək avtoxuliqanlıq edib, bu əməllərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Hadisədən bir neçə gün sonra Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtoxuliqanlıq edən 5 sürücüdən 4-nü saxlayıb. 

Onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim edilib. Avtomobillər isə duracağa aparılıb.

Məhkəmənin qərarı ilə 10 NK 501, 90 VO 302 dövlət qeydiyyat nişanlı, “Lada Niva” markalı, 90 XL 079 və 60 BO 465 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillərin sürücüləri Seymur Mirzəyev, Elmar Yusifov, Elşən Hüseynov və Elşən Alışov sürücülük hüququndan bir il müddətində məhrum edilməklə inzibati qaydada 15 gün həbs ediliblər. 99 LM 052 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Nizami Musayev isə axtarışdadır.
Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov və  Avtosfer.az-ın əməkdaşları İnzibati Həbs olunanların saxlanma mərkəzində həmin şəxslərlə görüşüb. Onlar etdikləri əməldən peşman olduqlarını bildiriblər. Videonu təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man