Karantin postunu dağıdan Milli Məclis əməkdaşının həbsxana GÖRÜNTÜLƏRİ - VİDEO

İctimai nəqliyyat 17 Aprel 2020 | 16:10
OXUNUB: 10921

Bu gün Daxili İşlər Nazirliyi İnzibati Həbs olunanların saxlanma məntəqəsində cəza çəkən 50-ə yaxın şəxslə Bakı şəhər Dövlət Yol polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov  görüş keçirib. 
Avtosfer.az-ın əməkdaşları da həmin görüşdə iştirak edib.

Sürücülərə 15 gündən 1 aya qədər inzibati cəza verilib. Saxlanılan şəxslər arasında polis postlarında dağıdan eləcə də polis əməkdaşlarının üzərinə maşın sürən, onlara fiziki xəsarət yetirən  şəxslərdə var. Belə ki, Milli Məclisin aparat rəhbərinin müşaviri olan Rəmzi Şükürov idarə etdiyi 90 AS 606 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə Qaradağ rayonu ərazisində polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçıb.
 Qaradağ rayon məhkəməsinin qərarı ilə o, sürücülük hüququ 2 məhdudlaşdırılmaqla 30 gün müddətində inzibati qaydada həbs edilib. 
Avtosfer.az-ın əməkdaşı ilə söhbətində Rəmzi Şükürov bildirib ki, əməlindən peşmandır. "Rayonda xəstəmiz var idi və onu ziyarət etməyə gedirdim. Polis postunu görmədim və görəndə də saxlamaq imkanım olmadı. Bu cür vəziyyət oldu. Digər vətəndaşlara da müraciət edirəm ki, polisin göstərişlərinə əməl etsinlər."

Xatırladaq ki, Rəmzi Şükürovun atası Əvəz Şükürov da "tikinti kralı" kimi tanınır. Onlar barəsində mətbuatda dəfələrlə qalmaqallı məqalələr dərc olunub.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man