Karantinə görə cərimələndiyini deyən sürücünün yalanı üzə çıxdı - DYP - VİDEO

İctimai nəqliyyat 10 Aprel 2020 | 21:47
OXUNUB: 2175

Sabirabad rayon sakini İbrəhimov Vüqar Əlabbas oğlu sosial şəbəkələrdə video yayaraq əlində müvafiq arayışı olduğu halda yol polisinin onu qanunsuz olaraq cərimələməsi barəsində müraciət edib. Vətəndaş iddia edir ki, o əkin-biçinlə məşğul olur və bundan əlavə qazanc yeri yoxdur. Amma təsərrüfatla məşğul olmaq üçün yola çıxarkən yol polisləri onu 200 manat cərimə edib və əlavə olaraq 100 manat da pul alıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlanmasında bildirib ki, Sabirabad rayon sakini  Vüqar İbrəhimovun iddiaları tamamilə əsassızdır. Belə ki, Sabirabad rayon dövlət yol polisi bölməsinin əməkdaşları həmin şəxsi karantin rejimi qaydalarına pozduğuna görə deyil, digər inzibati xətalara görə cərimə edib. "Bir müddət əvvəl həmin şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə etdiyi üçün saxlanılıb və barəsində 100 manat məbləğində cərimə tətbiq edilib. Növbəti dəfə təkrar saxlanılan  sürücü barəsində inzibati protokol tərtib olunub və bu əməl təkrar törətdiyinə görə cərimə məbləği 200 manat olub. Bu baxımdan vətəndaşın guya karantin rejimini pozduğuna görə və yaxud da təsərrüfatla məşğul olmasına yol polisinin maneə yaratması iddiaları tamamilə əsassızdır. Yol polisi məsələni dərhal araşdırdı və məlum oldu ki, onun barəsində olunan protokol məhz sürücülük hüququ olmadan nəqliyyat vasitəsini il ərzində təkrar idarə etməklə bağlıdır." 
Kamran Əliyev onu da bildirib ki,  Sabirabad rayon polis şöbəsində vətəndaşın bilə-bilə yalan məlumat verməsi ilə bağlı artıq araşdırmalar başlanılıb və toplanmış materiallar məhkəməyə göndəriləcək.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man