Bakıda qrup halında "avtoşluq" edənlər yaxalandı - VİDEO

İctimai nəqliyyat 10 Aprel 2020 | 13:35
OXUNUB: 4189

Bakıda avtoxuliqanlar Nizami Rayon Məhkəməsinin önündə bir araya gəliblər. Görüş zamanı bəzi avtomobil sürücüləri məhkəmə binasının önündəki yolda avtoxuliqanlıqlar edib. Gənclər bu əməllərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.
 Avtosfer.az-ın əldə etdiyi məlumata görə,  hadisədən bir neçə gün sonra Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtoxuliqanlıq edən 5 sürücüdən 4-nü saxlayıb. 

Onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim edilib. Avtomobillər isə duracağa aparılıb.


Məhkəmənin qərarı ilə 10 NK 501, 90 VO 302 dövlət qeydiyyat nişanlı, “Lada Niva” markalı, 90 XL 079 və 60 BO 465 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillərin sürücüləri  sürücülük hüququndan bir il müddətində məhrum edilməklə inzibati qaydada 15 gün həbs ediliblər. 99 LM 052 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü isə axtarışdadır.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man