Yollarda polis postlarının sayı artırılıb - VİDEO

İctimai nəqliyyat 08 Aprel 2020 | 20:20
OXUNUB: 1853

Paytaxtın giriş-çıxışları ilə yanaşı, şəhər daxilində də müxtəlif yol və ərazilərdə polis postları qurulub. Postlarda yol polisi ilə yanaşı çevik polis və daxili qoşunların hərbçiləri sürücüləri bir-bir saxlayaraq onların xüsusi karantin rejiminin qaydalarına necə əməl edib-etməməsini yoxlayırlar. Qaydaları pozan sürücü və sərnişinlər barəsində inzibati qaydada cərimə tətbiq edilir.

Koronavirus təhlükəsinin qarşısını almaq üçün təkcə paytaxtın giriş-çıxışında deyil,müxtəlif yollarda qurulanpolis postlarının sayı artırılıb.

Metronun "20 Yanvar" və "Memar Əcəmi" stansiyalarının ətrafı, eləcə də Nobel və Babək prospektlərində və digər yerlərdə qurulan postlarda yol polisi ilə yanaşı, çevik polis və daxili qoşunların hərbçiləri xidmət aparırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin sözlərinə görə,istənilən ərazidə və istənil yolda polis postlarının sayı artırıla bilər.Bununla yanaşı,yollarda hərəkətdə olan Yol-patrul xidməti avtomobilində olan polis əməkdaşı da istənilən sürücünü saxlayıb onun karantin qaydalarını pozub-pozmamasını yoxlaya bilər.

Qeyd edək ki, xüsusi karantin rejimini pozan şəxslər barəsində inzibati xətalar məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq 100-200 manat məbləğində cərimə tətbiq edilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man