Yollarda 7 minə yaxın hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

İctimai nəqliyyat 07 Aprel 2020 | 09:45
OXUNUB: 1252

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 06.04.2020-ci il saat 00:00-dan 07.04.2020-ci il 08:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 06.04.2020-ci il saat 00:00-dan 07.04.2020-ci il 08:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında 861-i Bakı şəhərində olmaqla nəqliyyat vasitələri ilə hərəkətdə olan 1499 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 6945 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
DİN Baş DYP İdarəsi bütün hərəkət iştirakçılarına zərurət olmadan və müvafiq qaydada icazə almadan yaşadıqları evlərdən, mənzillərdən çıxmamağı tövsiyə edir, hər bir vətəndaşı ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminə düşünülmüş şəkildə yanaşmaqla tələb olunan qaydalara ciddi riayət etməyə çağırır.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man