Karantin qaydalarını pozan sürücülər barəsində, Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri görülür.
Sürücülərin və piyadala rın maarifləndirilməsi isti qamətində aparılan təbliğat işləri müsbət nəticə verib. Belə ki, Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən Şəki şəhəri ərazisində sürücü və piyadalarla karantin rejimi qaydalarına əməl edilməsinin zəruriliyi barədə aparılan profilaktiki söhbətlərin nəticəsi olaraq, bu gün artıq Şəki şəhərinin mərkəzi küçə və prospektlərində demək olar ki,hərəkətsizlik müşahidə olunub. Şəki Dövlət Yol Polisi Bölməsindən verilən məlumata əsasən,bu istiqamətdə tədbirlər durmadan davam etdirilir və məqsəd, insanların həyat və sağlamlığının qorunmasına xidmət etməkdir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man