Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

İctimai nəqliyyat 04 Aprel 2020 | 17:00
OXUNUB: 1500

Hazırda əməkdaşlarımızda insanların küçəyə çıxmasına nəzarət edilən planşetlər var. Həmin planşetlər vasitəsilə tərəfimizdən hərəkətdə olanların, qeydiyyatdan keçib- keçməməsi məsələsi yoxlanılır.

Avtosfer.az xəbər verir ki, bunu SONXEBER.AZ-a Bakı şəhər Baş Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. Polis polkovniki polis əməkdaşlarının mövcud vəziyyətlə əlaqəli gücləndirilmiş iş rejimində işlədiyini bildirib:

"Polis bu gün də gücləndirilmiş iş saatı ilə xidmətinə davam edir. Həyatını riskə ataraq, həm təhlükəsizlik tədbirlərinin görülməsi üçün, həm də məlum karantin rejiminə nəzarətin gücləndirilməsi üçün xidmət aparır. Əhaliyə müraciət edirik və xahiş edirik ki, "Evdə qal" kampaniyasına qoşulsunlar. Özlərinin və ailələrinin qayğısına qalsınlar. Bu gün paytaxtın inzibati ərazisində əməkdaşlarımız tərəfindən nəzarət gücləndirilib. Hərəkətdə olan hər bir kəs saxlanılır və onlara profilaktiki tədbirlərin həyata keçirilməsi və informasiyaların verilməsi üçün tövsiyyələr edilir. Bu gün Bakı şəhərində nəqliyyat vasitəsi azlıq təşkil edir və güman edirik ki, belə də davam edəcək".

Vaqif Əsədov həmçinin vətəndaşlardan iş başında olan və vəzifəsini yerinə yetirən polisləri anlayışla qarşılamalarını xahiş edib:
"Vətəndaşlarmız polislərimizə anlayış göstərməlidirlər. Bunu pis tərəfə yozmamalıdırlar. Təəssüf edirəm ki, bəzən "polis imkan vermir" ifadələri işlədilir. Belə ifadələri işlədənlərə müraciət edib deyirik ki, polis bu gün həyatını riskə atır. Bu qiymətləndirilməlidir".

Qeyd edək ki, karantin vəziyyəti ilə bağlı vətəndaşların küçəyə çıxması sms vasitəsilə tətbiq olunacaq. Aprel ayının 5-dən başlayaraq şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir).

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man