DYP əməkdaşları Bakıya giriş-çıxışa qoyulan qadağalarla, habelə rayonlararası, şəhərlərarası nəqliyyatın hərəkətinə yasaq qoyulması ilə bağlı işləri yüksək səviyyədə həyata keçirir. Yollarda qoyulan postlar, məhdudiyyətlər, sürücülərlə mədəni, nəzakətlə söhbət aparılması, onlara vəziyyətin izah edilməsi məhz yol polislərimizin peşəkar fəaliyyətinin göstəricisidir.
Bu məsələdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun xüsusi diqqətini, gündəlik gedişata nəzarət etməsini, gecə-gündüz, anbaan vəziyyəti izləməsini qeyd etmək lazımdır. Yol polisi səfərbər olunub ki, onlar sürücülər arasında maarifləndirmə işləri aparsınlar. Pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasınlar. Onlar “Evdə qal” kampaniyasına əməl etməli və həmrəylik göstərməlidirlər.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov da çıxışında bildirmişdi ki, daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.
Məhz bu baxımdan onların əməyi danılmazdır, əvəzsizdir və tərif edilməlidir. Sözsüz ki, hər bir işdə nöqsanlar qaçılmazdır.
Lakin koronavirusla mübarizə tədbirləri və xüsusi karantin rejimi qaydalarının təmin olunmasında polisimiz birmənalı olaraq qüsursuz xidmət göstərir.
Xüsusi karantin rejimi ilə əlaqədar olaraq ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarların bu qaydalara əməl etməkdən yayınması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir.
Məsələn, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Yasamal rayonu R.Tağıyev və D.Bünyadzadə küçələrinin kəsişməsində fəaliyyət göstərən internet klub aşkar edilib.
Həmin obyektə baxış zamanı azyaşlı və yetkinlik yaşına çatmayanların kütləvi şəkildə xüsusi karantin qaydalarına zidd olaraq oyun zalında olduqları aşkar edilib.
Yəni, bu cür insanlar var və polis onları da xəstəlikdən qorumaq üçün belə addımlar atır, təması tam aradan qaldırır.
Polis əməkdaşları mütəmadi olaraq bütün şəhərlərdə xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə əhaliyə səslənərək karantin rejiminin qaydalarına riayət edərək sağlamlıqlarını qorumağa dəvət edirlər.
Sakinlərin evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur.
Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Rayon Polis Şöbələrinin əməkdaşları mübariz tədbirləri çərçivəsində rayon və kəndlər ərazisində yaşayan kimsəsiz, aztəminatlı sakinlərin qayğılarına qalaraq, vətəndaş mövqeyi sərgiləyirlər. Bütün ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşulan qayğıkeş polislərimiz, qonağı olduqları ahıllara mənəvi cəhətdən dəstək olmaqla yanaşı, onlara tibbi ləvazimatlar və müxtəlif ərzaq məhsulları hədiyyə edirlər.
Hər bir sakinə müstəqil dövlətimiz tərəfindən soydaşlarımızın sağlamlığın təmin olunması istiqamətində görülən tədbirlərdən danışan əməkdaşlar, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə danışırlar.
Yaşlı insanlar onlara göstərilən diqqətə görə polislərə minnətdarlıqlarını bildirirlər. Ən çətin durumlarda ölkənin güc strukturlarının səfərbərliyi mütləqdir.
Əgər mövzu vətənin təhlükəsizliyi, sabitliyin qorunmasıdırsa, o zaman, görəv məsuliyyəti birə-beş artır.
Düşmən təxribatı varsa, təhlükə sərhəddədirsə sərhədçilərimiz və ordumuz yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir.
Bu gün biz hər iki təhlükə ilə üzbəüzük. Bir tərəfdə düşmən, o biri tərəfdə də dünyanı silkələyən “taclı bəla”. Hər ikisinin qarşısını almaq üçün lazımı tədbirlər görülür.
Gündəmin mübariz gücləri isə həkimlər və polislərdir. Öz həyatlarını riskə atıb həyat qurtarır, həyat qoruyurlar.
Polis peşəsinin çətinliyini, polis əməkdaşlarının ən ağır şərtlər altında belə xidmətini davam etdirməsini sosial şəbəkələrdən və televiziya ekranlarından görənlərin heyrətini ifadə edən “Biz, polisimizlə fəxr edirik” sitatı yetər ki, cəmiyyətin görülən işə, çəkilən zəhmətə verdiyi dəstəyi və önəmi görək.Bəli, hər yerdə polis var, çünki vətəndaşımızın cangüvəni üçün hər yerdə polis olmalıdır.
Cəmiyyət tərəfindən “dışlanan”lar, zərərli vərdişlərə adətkar olanlar da düşünsünlər ki, əyri bir addım atsalar qarşılarında, bir sözlə, hər yerdə polisi görəcəklər.
Ani bir məsuliyyətsizlik böyük faciələrə yol açır. Vətəndaşa “evdə qal” çağırışı ilə küçələrdə, parklarda nəzakətlə yanaşıb:
“Özünüzü, əzizlərinizi düşünün”, – deyənlər bizdən heç nə istəmir: qaydalara əməl etmək, bir xoş təbəssüm və nəzakət yetər…
reportyor
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man