Abşeron və Sumqayıtda polis postları quruldu- DYP açıqlama yaydı - VİDEO

İctimai nəqliyyat 01 Aprel 2020 | 17:10
OXUNUB: 1511

"Xəbərdarlıqlara baxmayaraq, zərurət olmadığı hallarda vətəndaşların evdən çıxaraq, istər avtomobillə, istərsə də piyada və avtobusla hərəkətində intensivlik azalmır".

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətıə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Abşeron rayonunun Xırdalan şəhərində və digər qəsəbələrində, həmçinin Sumqayıt şəhərində polis postları qurulub.

"Postlarda vətəndaşların sənədləri yoxlanılaraq, zərurət olmadığı təqdirdə hərəkət etmələrinə nəzarət olunacaq və qarşısı alınacaq. Bir daha vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etməyə çağırır və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün evdə qalmağa çağırırıq" - deyə, K.Əliyev bildirib. 

Kamran Əliyev eləcə də qeyd edib ki, polisin qanuni tələblərinə tabe olmayan, habelə xəbərdarlıqlara məhəl qoymayan  şəxslər haqqında inzibati protokollar tərtib edilir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man