Yol polisi ilə sürücünün daha bir dialoqu sosial şəbəkədə yayılıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, yolda hərəkətdə olan avtomobilin konstruksiyasına müdaxilə edilməsi ilə bağlı şübhəsi olan YPX əməkdaşı sürücünü dayandırır. Polis əməkdaşı özünü təqdim etdikdən sonra sənədləri tələb etsə də sürücü sənədlərin evdə qaldığını bildirir. Daha sonra polis əməkdaşı yük yerinin açılmasını tələb etdikdə, sürücü yük yerinin boş olduğunu deyərək baxış keçirilməsinə icazə vermədi.
Polis əməkdaşı bort kompüterdə sənədləri yoxlayan zaman sürücülük vəsiqəsinin çıxmadığını görərək sürücüyə bu barədə məlumat verir. Sürücü isə telefonunda vəsiqəsinin şəklinin olduğunu, lakin onu göstərməyəcəyini bildirərək polisi ələ salmağa başladı.
Sonda polis əməkdaşı sürücünü sərbəst buraxıb.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man