Almaniyanın azərbaycanlı tibb elmləri doktorundan POLİSLƏRƏ TƏŞƏKKÜR

İctimai nəqliyyat 31 Mart 2020 | 14:30
OXUNUB: 1443

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev COVİD 19 pandemiyası zamanı Azərbaycan polisinin vətəndaşlarla münasibətini alqışlayıb və onlara təşəkkür edib. Nuran Abdullayev Avtosfer.az-a açıqlamasında polislərə tövsiyələrini də bildirib. Qeyd edib ki, yeni növ koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin son günlər qəbul etdiyi qərarlar Azərbaycan xalqının sağlamlığının dövlətimiz və dövlətçiliyimiz üçün nə qədər önəmli olduğunun bir daha bariz nümunəsidir. "Nazirlər Kabineti yanında Operativ Qərargahın bu istiqamətdə bugünə qədər atdığı addımlar və o cümlədən ölkədə xüsusi rejimin qısa müddətdə tətbiq edilməsi bir başa Azərbaycan vətəndaşlarını virus epidemiyasından qorumaq məqsədi daşıyır ki, bu da virusla mübarizə siyasətində Azərbaycanı Avropa ölkələri ilə müqayisədə bir daha önə çıxarır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir sıra Azərbaycan vətəndaşının bu günlərdə virusun ölkə ərazisində hansı sürətlə yayıla bilmə təhlükəsini və virusun törədə biləcəyi ağırlaşmaları dərk etməməsi halları çoxluq təşkil edir ki, bu da həqiqətən öz növbəsində bunu dərk edən və hətta evdə oturaraq xüsusi rejimə əməl edən vətəndaşlar üçün də təhlükə yaradır. Bu insanlara həqiqətləri çatdırmaq məqsədi ilə bugünkü gün televiziyalarda, mətbuatda və sosial şəbəkələrdə aparılan maarifləndirmə işləri təqdirə layiq olsa da vətəndaşların buna əməl etməməsi hər bir xalqını və dövlətini sevən kəsi məyus edir."

N.Abdullayev bildirib ki, son günlər bu insanlarla mübarizədə həkimlərlə yanaşı həqiqətən şərəfli mübarizəni Daxili İşlər Nazirliyinin əməkdaşları - Azərbaycan polisləri göstərir. Təəssüf hissi ilə hər kəs görür ki, bugünkü gün məsələnin ciddiyətini dərk etməyən vətəndaşların virus daşıyıcısı olmaq riskləri çoxdur və bu azmış kimi eyni zamanda şikayətləri olan zaman həkimə müraciət etmirlər, əksinə tətbiq edilən qaydalara əməl etməyərək lazım olmadan evdən çölə çıxıb ictimai yerlərdə daha çox görsənirlər. Belə olan halda isə onlarla bir başa kontaktda həkimdən də çox Azərbaycan Polisi olur. Bununla da Azərbaycan Polisi özünü daha da çox riskə atmış olsa da bu günlərdə bu insanlarla mübarizədə onlar həqiqətən nəzakət və vətəndaşa əsl sevgi nümunəsi göstərirlər. Bununla yanaşı polislərimizin ümumdünya səhiyyə təşkilatının tövsiyyələrinə uyğun olaraq işbaşında olarkən də vacib olan gigiyenik normalara əməl etmələri - əllərin təmiz saxlanılması və tez-tez yuyulması, insanlarla və öz aralarında da lazımı məsafənin saxlanılması, mümkün qədər əlcəklərdən və maskadan istifadə olunması və s. - nümunəvi və alqışlanan addımlardır. Polislərimiz iş saatı bitdikdən sonra da risk qrupundan olan insanlarla təmasda olduqlarını unutmamalı və işdən sonra da bütün gigiyenik tövsiyyələrə əməl etməkləri çox vacibdir, çünki onlar da sonradan ailə üzvləri və ya yaxınları ilə kontaktda olurlar.

Bir həkim kimi dövlətinin və xalqının sağlamlığı üçün özünü və ailə üzvlərini riskə ataraq dövlətə və xalqa xidmət etməyin nə demək olduğunu başa düşərək Azərbaycan polislərinə bu şərəfli məsuliyyətlərində müvəffəqiyyətlər arzulayıram və xüsusi təşəkkürlərimi bildirirəm!"

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man