Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında qaydaları pozan 5 nəfər məsuliyyətə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a DİN-in Baş DYP İdarəsindən məlumat verilib.
Məlumata görə, ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında martın 29-u saat 08:00-dan martın 30-u saat 08:00-dək Bakı-Quba yolunun 45,2-ci km-də yerləşən keçid postundan 37-si rayon, 236-sı paytaxt istiqamətinə olmaqla, 273 nəqliyyat vasitəsi geri qaytarılıb.
Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən keçid postundan isə 34-ü rayon, 40-ı paytaxt istiqamətinə olmaqla, 74 nəqliyyat vasitəsi geri qaytarılıb.
Bundan başqa, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 140-ı rayon, 167-si paytaxt istiqamətinə olmaqla, 307 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
19-30 mart tarixləri arasında 8326 nəqliyyat vasitəsinin rayon, 25-30 mart tarixləri arasında isə 5279 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.
Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə, 5 nəfər məsuliyyətə cəlb edilib.
Ümumilikdə, bu günə qədər 13605 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man