Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. Avtosfer.az oxu.az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polis kapitanı Emil Vəliyev Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ-nin DYP bölməsinin rəisi, polis mayoru Elşən Əzizov vəzifəsindən azad edilərək, Sabirabad rayonu DYP rəisi vəzifəsinə təyin olunub.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man