Azərbaycanda polis polisi maşınla vurub öldürdü - ŞOK OLAY

İctimai nəqliyyat 04 Mart 2020 | 19:00
OXUNUB: 2281

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə polis əməkdaşın öldüyü yol qəzasına aydınlıq gətirib.

Avtosfer.az-ın məlumatına görə DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu qəza respublika ərazisində hər gün baş verən yol qəzalarından biridir: “Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri Fərhad Abdullayev avtobusdan düşüb yolu keçərkən həmin yolda hərəkətdə olan Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Bəzi sosial şəbəkə istifadəçiləri yol-nəqliyyat hadisəsinin başvermə səbəbi barədə yalan və əsassız iddialar səsləndirirlər. Bir daha qeyd edirik ki, bu hadisə də hər gün rastlaşdığımız yol-nəqliyyat hadisələrindən biridir. Təəssüf ki, bu yol-nəqliyyat hadisəsində həlak olan bizim əməkdaşlarımızdan biri olub”.

***

17:32

Ağstafa rayonu ərazisində polis avtomobili ilə digər polis əməkdaşını vuraraq öldürüb. Avtosfer.az-ın məlumatına görə, hadisə zamanı magistral yolda hərəkətdə olan polis avtomobili avtobusdan düşən digər polis əməkdaşını vurub. Nəticədə, 1982-ci il təvəllüdlü Fərhad Abdullayev adlı polis əməkdaşı həyatını itirib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır. //Oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man