Zemfira Meftaxetdinova: “Polis idmançılarımızın ildən-ilə yarış təcrübələri artır”

İctimai nəqliyyat 04 Mart 2020 | 11:55
OXUNUB: 852

Bu yaxınlarda DİN İdmаn Cəmiyyətində qol güləşi (armrestlinq) və ağırlıq daşlarının qaldırılması üzrə güc çoxnövçülüyü yаrışı keçirilib. Avtosfer.az xəbər verir ki, açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ölkəmizdə bu idman növündə daxili işlər orqanları əməkdaşları arasında yarışların müntəzəm keçirildiyini, onların asudə vaxtlarında bu idman növü ilə məşğul olduqlarını, əməkdaşların hazırlıq səviyyəsinin daha yüksək nəticələrə ümid etməyə əsas verdiyini, polis idmançılarımızın ildən-iləyarış təcrübələrinin artdığını diqqətəçatdırdı.

Əsasən dənizçilər arasında yaranan qol güləşi (armrestlinq) idman növü kimi 100 ilə yaxındır ki tanınır. İdman daşlarının qaldırılması hərəkəti də vaxtı ilə dövrlərinin ən güclüləri hesab olunan pəhləvanlardan miras qalıb. Güc, dözüm və çevikliyi müəyyən edən bu idman növü indi də orduda, xüsusi təyinatlılar və dənizçilər arasında ən sevilən yarışmadır. Fiziki gücün yoxlamağın ən asan və sadə üsulu kimi tanınan bu idman növündə polislərimiz əvvəlcə nümunəvi çıxışlar göstəriblər.

DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissəvətədris müəssisələrini təmsil edən ümumilikdə11 komandadan 100-dək idmançı qələbə uğrunda mübarizə aparıblar.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Naxçıvan MR DİN, Əlahiddə Çevik Polis Alayı və DİN Daxili Qoşunlarının Baş İdarəsinin əməkdaşları qərarlaşıblar.

Yarışı İdman Təlimi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov idarə edib.

Sonda qaliblərəmedallar və diplomlar təqdim olunub.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man