Gəncədə 120 sürücü cərimələndi - DYP REYD KEÇİRİB - VİDEO

İctimai nəqliyyat 27 Fevral 2020 | 20:15
OXUNUB: 1222

Gəncədə ölümlə nəticələnən yol qəzalarının azaldılması və qayda pozan sürücülərə qarşı reyd keçirilib.Avtosfer.az  APA TV-nin yerli bürosuna istinadən məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsi Post Patrul xidmətinin və Dövlət Yol Polis şöbəsi əməkdaşlarının keçirdiyi reyd şəhərin Nizami Gəncəvi, Əziz Əliyev, Üzeyir Hacıbəyov prospektləri və Təbriz küçəsində, eləcə də avtomobillərin sıx olduğu digər yerlərdə baş tutub.

Polisin apardığı yoxlamalar zamanı yol hərəkəti qaydalarını pozan xeyli sürücü aşkarlanaraq inzibati qaydada cərimələnib.

Tədbir zamanı həmçinin konstruksiya dəyişikliyinə görə saxlanılan sürücülərin avtomobilləri də cərimə meydançasına aparılıb.

Reyd zamanı ümumilikdə 120-dən artıq sürücü cərimələnib.

Gültən Qədirli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man