Azərbaycanda minlərlə şəxsin sürücülük hüququ LƏĞV EDİLDİ - ŞOK SƏBƏB - VİDEO

İctimai nəqliyyat 22 Fevral 2020 | 20:40
OXUNUB: 3225

Sərxoş vəziyyətdə avtomobili idarə etmə, avtoxuliqanlıq və digər inzibati qayda pozuntularına görə 7 mindən çox vətəndaşın sürücülük hüququ məhdudlaşdırılıb. Avtosfer.az-a xəbər verir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O bildirib ki, ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin sürücülərin bir qismi, avtomobili sərxoş halda idarə etdiyi, avtoxuliqanlıq və digər qayda pozuntularına yol verdiyi üçün inzibati xətaya görə 20 cərimə balını keçən sürücülərdir. Həmin şəxslər vaxtından əvvəl sürücülük hüquqlarını bərpa edə bilməzlər. Əgər onlar nəqliyyat vasitəsi idarə edərlərsə, yol polisi tərəfindən qanuna uyğun şəkildə cərimə olunacaqlar.

Kamran Əliyev onu da bildirdi ki, ötən il ərzində respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir. Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər dünyasını dəyişib, 527 nəfər xəsarət alıb.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man