Yol polisi bu dəfə “Keşlə dairəsi”ni fırlanır? - DYP-dən AÇIQLAMA

İctimai nəqliyyat 22 Fevral 2020 | 13:54
OXUNUB: 2046

Bu gün sosial şəbəkələrdə 99 YP 363 dövlət nömrə nişanlı, patrul avtomobilinin Keşlə bazarı kimi tanınan ərazidə bir neçə dəfə dövrə vurmasını əks etdirən video yayılıb. Görüntünü yayan şəxs iddia edir ki, həmin YPX əməkdaşları sürücüləri çaşdırıb qayda pozmağa məcbur edir. 
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hadisə heç də vətəndaşın iddia etdiyi kimi deyil. "Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin ərazidə dayanma-durma, parklama qaydalarını pozan, ikinci cərgədə avtomobil saxlayan sürücülər çox olur. Bu isə hərəkət intensivliyinin aşağı düşməsinə səbəb olur. Bunu nəzərə alaraq rəhbərliyin göstərişi ilə ərazidə YPX əməkdaşları avtomobil ilə hərəkət edirlər ki, nəqliyyat vasitələrinin ikinci sırada, yolayrıcında və dairəyə yaxın ərazilərdə saxlamasının qarşısını alsınlar. Çünki bazara gələn şəxslərin əksəriyyəti kobud şəkildə qayda pozur ki, bu da nəqliyyatın hərəkətinə mənfi təsir göstərir."
Vaqif Əsədov onu da əlavə edib ki, aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, həmin yol polisi əməkdaşları dairəvi hərəkət və yolayrıcı ilə bağlı heç kimə cərimə yazmayıb. "Parklama ilə bağlı yaranmış problem olduqda isə aidiyyəti qurumun əməkdaşları dəvət olunur və müvafiq tədbirlər görülür. Eyni zamanda araşdırmalar davam edir."

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man