Azərbaycanda daha bir yol polisi postu köçürüldü - RƏSMİ

İctimai nəqliyyat 20 Fevral 2020 | 16:00
OXUNUB: 2650

Baş Dövlət Yol Polis İdarəsinin daha bir stasionar postu köçürülüb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, köçürülən post yeni tikilən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun keçdiyi hissəyə düşdüyü üçün yeri dəyişdirilib: "Həmin post Samur-Dəvəçi kanalının yanında olan (SDK postu) stasionar postdur. Həmin post yolun çəkildiyi hissəyə düşdüyündən sökülərək yeni yolun kənarına köçürülüb. Hazırda post yeni yerində fəaliyyətini davam etdirir".

Xatırladaq ki, bir müddət əvvəl Bakı-Ələt yolunda fəaliyyət göstərən Qaradağ stasionar postu Səngəçal qəsəbəsinə köçürülmüşdü. Həmçinin Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postu (Ekologiya postu) sökülərək yeni yolun kənarına köçürüləcək.

 

Gültən Qədirli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man