Kütləvi reyd zamanı 160-dan artıq sürücü cərimələndi - FOTO

İctimai nəqliyyat 19 Fevral 2020 | 23:30
OXUNUB: 1820

Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul xidmətinin və Dövlət Yol Polis şöbəsinin əməkdaşları növbəti reyd keçirib. Avtosfer.az APA-ya istinadən məlumatına görə, gecə saatlarında başlayan kütləvi reyd şəhərin Heydər Əliyev prospekti, Şah İsmayıl Xətai prospekti, Əziz Əliyev prospekti, Üzeyir Hacıbəyov prospekti, Yeni Gəncə yaşayış massivi, Poçt qəsəbəsi və avtomobillərin sıx olan yerlərində baş tutub.

Polisin apardığı yoxlamalar zamanı xeyli sayda yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanıb. Həmin sürücülər yol polisi əməkdaşları tərəfindən inzibati qaydada cərimələnib.Avtosfer.az-ın məlumatına görə Dövlət Yol Polisi şöbəsinin baş inspektoru Hacı Həsənov APA-ya bildirib ki, reydin keçirilməsində məqsəd qayda pozan sürücüləri aşkar etmək və baş verə biləcək qəzaların qarşısını almaqdan ibarətdir. Reyd zamanı 160-dan artıq sürücü cərimələnib. Bunların arasında 4 nəfər sərxoş, 30-dan artıq digər qayda pozan sürücülər olub. 

Polisin apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, nəqliyyat vasitələrinin ön, arxa şüşələrinə qanunla icazə verilməyən pərdə vuran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb. Həmin sürücülər məsuliyyətdən yayınmağa çalışıblar. Buna baxmayaraq, polis onlara qanun çərçivəsində tədbir görüb. Hətta bəzi sürücülər sənədlərini belə təqdim etməkdən boyun qaçırıblar. 

Həmçinin yoxlamalar zamanı sürücülük hüququ olmadan avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. 

Eyni zamanda, başqa qayda pozuntularına görə cərimələnənlər də olub. Konstruksiya dəyişikliyinə görə saxlanılan sürücülərin avtomaşınları cərimə meydançasına aparılıb. 

Dövlət Yol Polisi şöbəsindən bildirilib ki, bundan sonra da  şəhər ərazisində mütəmadi olaraq bu cür reydlər keçiriləcək. 

Reyd gecə saatlarınadək davam edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man