Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi "Əsgərə salam" aksiyası keçirir. Kampaniyaya bir çox dövlət müəssisələri və özəl təşkilatlar da qoşulub. Aksiyanın həyata keçirməsində məqsəd əsgərlərimizə mənəvi dəstək göstərməkdir. Avtosfer.az xəbər verir ki, "Əsgərə salam" aksiyasına yol polisi də qoşulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin bir neçə tağımı bu aksiyada yaxından iştirak edib. Təqdim olunan görüntülər yol polisinin şəxsi heyəti tərəfindən bir neçə yerdən əsgərə hərbi salam göndərməsini əks etdirir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, “Əsgərə salam” aksiyasına yol polisi bir qədər fərqli qoşulub. Belə ki, əsgərlərlə salamlaşma Şəhidlər Xiyabanında , Xocalı abidəsinin yanında və 20 Yanvar abidəsinin önündə, eləcə də Bakı Şəhər Yol Polisi İdarəsinin inzibati binasının qarşısında baş tutub: “Yol polisi bu görüntülərlə bildirmək istəyir ki, onlar daim əsgərlərimizin yanındadırlar və şəhidlərimizin, Xocalı faciəsinin qisası birlikdə alınacaq. Ali baş komandanın göstərişi ilə polislər də ön cəbhədə əsgərlərlə daim çiyin-çiyinə olacaqlar”.
Elməddin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man