Yol polisindən sürücülərə və piyadalara MÜRACİƏT

İctimai nəqliyyat 11 Fevral 2020 | 10:30
OXUNUB: 975

Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə və piyadalara təkrar müraciət edib. İdarədən Avtosfer.az-a verilən məlumata görə, həmin müraciətdə deyilir: "Son günlər respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda qar yağması və yolların buz bağlaması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi bir daha sürücülərə səhər və axşam saatlarında, xüsusilə də körpülərin üzərindən keçərkən son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq belə hava şəraitində nəqliyyat vasitələrini idarə etmə təcrübəsi az olan sürücülərin bu günlərdə sükan arxasına əyləşməmələrini, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün buzlu olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir".

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man