Şəki Polis şöbəsinin təşəbbüsü,Təhsil şöbəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Avtosfer.az xəbər verir ki, növbəti tədbir, 04 fevral 2020-ci il tarixdə Şəki şəhəri, 18 nömrəli tam orta məktəbdə keçirilib. "Gənclər narkomaniyaya yox deyir","Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur","Erkən nikah və onun fəsadları" və " Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu " mövzularında məktəblilərə məlumat verilib,onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Şagirdlər, "Piyadanın vəzifələri"nin öyrənilməsinə daha çox maraq göstəriblər. Məktəbin rəhbərliyi və müəllim kollektivi DYP - nin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyevə və polis əməkdaşlarına təhsil müəssisələrində bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man