"2020-ci ildə qarşıda çox mühüm vəzifələr durur. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələr inkişaf etdirilməli, şəxsi heyət daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməlidir". Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında vurğulayıb.
Qarşıda duran əsas vəzifələr sırasında vətəndaş məmnunluğunun təmin olunması başlıca prinsiplərdəndir. Bu məqsədlə polis orqanlarının fəaliyyətinin optimallaşdırılması, yeni dövrün çağırış və tələblərinə uyğun fəaliyyət istiqamətləri müəyyən olunub.
Gültən Qədirli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man