DİN Baş Dövlət Yol Polisi İdarəsi bıçaqla DYP əməkdaşına xəsarət yetirmək istəyən sürücünün zərərsizləşdirilməsi barədə məlumat yayıb. Avtosfer.az-a İdarədən daxil olan məlumatda bildirilir ki, yanvarın 31-də saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobili YPX inspektorları tərəfindən saxalanılıb. Bu zaman avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib. Lakin YPX Alayının 6-cı tağımının əməkdaşı, polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib.
Elmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man