Polisə müraciət imkanları genişlənib - Anonimlik qorunacaq, sorğu-sual da olmayacaq - VİDEO

İctimai nəqliyyat 31 Yanvar 2020 | 00:10
OXUNUB: 1946

Artıq polisə sosial şəbəkə vasitəsi ilə müraciət etmək mümkündür. Bu baradə Avtosfer.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, vətəndaşların müraciət etməsi üçün sosial şəbəkələrdə geniş imkanlar yaradılıb. Müraciət üçün Daxili İşlər Nazirliyinin "102'' xidməti daxil olmaqla, internet-informasiya resurslarından, eləcə də sosial şəbəkələrdən istifadə etmək mümkündür. Bunun üçün vətəndaşlar feysbukda ''Bakı Şəhər Baş Polis İdarəsi'' yazmaqla həmin səhifəyə daxil olub müraciət edə bilər.

Qeyd edək ki, sosial şəbəkə üzərindən hansısa bir məsələ ilə bağlı şikayət və ya müraciət edən vətəndaş heç bir ərazi polis orqanına dəvət olunmadan, sorğu-suala çəkilmədən təxirəsalınmaz qaydada müvafiq tədbirlər həyata keçirilir.

Elşad Hacıyev onu da bildirib ki, gün ərzində Bakı Şəhər Baş Polis İdarəsinin feysbuk səhifəsinə kifayət qədər vətəndaş müraciət edir.

Bundan sonra şahidi olduğunuz hadisə və ya cinayətlə bağlı 24 saat fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin ''instagram'', Bakı Şəhər Baş Polis İdarəsinin isə ''facebook'' səhifəsinə də müraciət edə bilərsiniz.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man