Novruz Məmmədzadə adlı feysbook istifadəçi öz hesabında yol polisi ilə bağlı maraqlı status paylaşıb. Avtosfer.az-ın məlumatına görə, Qarabağ döyüşçüsü olduğunu deyən N.Məmmədzadə yol polisinin ona müharibə iştirakçısı kimi böyük sayğı göstərib: “Yol hərəkəti qaydasını bilməyərəkdən pozmuşdum. Saxlanıldım. Sürücülük vəsiqəmi istədi. Üstümdə deyildi. Həqiqətən, sürücülük hüququmun olduğunu sistemdə yoxlamaq üçün hər hansı bir sənədin olub-olmadığını soruşdu. Maşında olan müharibə veteranı sənədimi təqdim etdim (sistemdən yoxlasa da).
Geriyə çəkilib, farağat vəziyyətində əsgər salamı verdi. Və dedi: Biz sizin kimi döyüşçülərlə fəxr edirik.
Qardaşoğlu Lökbatan yaxınlığında saxlamışdı məni.
Eşq olsun belə polislərimizə. Elə mən də sizin kimi polislərimizlə fəxr edirəm, bizə dəyər verdiyinizə görə”.
Elməddin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man