“Azərbaycan Respublikasının dövlət sərhəd keçid məntəqələrində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cəriməni ödəməyən şəxslərin müəyyən edilməsi prosesi başlanılıb”. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a deyib. Onun sözlərinə görə, sözsüz ki, cəriməni ödəməyənlərin sərhəddi keçməsi yalnız müvafiq cərimə məbləğləri ödənildikdən sonra mümkün olacaq: “Həmin sərhəd məntəqələrində cərimələrin ödənilməsi üçün şərait yaradılıb və müvafiq terminallar quraşdırılıb. Yol hərəkəti qaydalarının pozulmasına görə ödənilməmiş cəriməsi olan şəxslərdən xahiş olunur ki, həmin cərimələri Bakı şəhərində, yaxud istənilən digər ərazilərdə fəaliyyət göstərən banklarda, terminallarda, habelə ödəniş məntəqələrində cərimə borcunu tam ödəsinlər ki, sərhəddə ləngimək məcburiyyətində qalmasınlar”.
Elməddin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man