Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəzarət tədbirlərini gücləndirib. Avtosfer.az-ın məlumatına görə, yol polisi əməkdaşları hərəkətin təşkilini normallaşdırmaq üçün "20 Yanvar", "Şamaxinka", 3-cü mikrorayon və "Memar Əcəmi" dairələrində naryadlar quraraq hərəkətə nəzarəti gücləndiriblər. Dayanacaqlar və yolun hərəkət hissəsini zəbt edən taksi sürücüləri ərazidən kənarlaşdırılır.
Həmçinin piyadaların yolu keçməsi, avtobusların dayanacağa rahat daxil olması, sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsi təmin olunub. Həmçinin İdarədə kameralara nəzarət edən polislər hansı yolda sıxlıq müşahidə olunsa, harada qanunsuz parklanma və ya hansısa problem yaransa dərhal ərazidə xidmət aparan əməkdaşlara məlumat verilir.
Qeyd edək ki, yol polisi həmin sürücüləri cərimə etmir. Onlara xəbərdarlıq etməklə yolda hərəkəti bərpa edir.
Ərazidə xidmət aparan polislər bildirdilər ki, bu cür nəzarət tədbirləri bundan sonra hər gün olacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man