Bakıda yük maşınının sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sürücü ardıcıl olaraq iki dəfə təhlükəli manevr edib.
Təhlükəli kadrlar sürücülərdən biri tərəfindən çəkilib. Yük avtomobilinin dövlət qeydiyyat nişanı palçıqla örtüldüyündən onu müəyyən etmək mümkün olmayıb.
Araşdırma zamanı müəyyən oldu ki, sözügedən kadrlar yanvarın 15-də, saat 23:55 radələrində Nobel prospektində çəkilib. Prospektlə üzü şəhər istiqamətində yüksək sürətlə hərəkət edən yük avtomobili daha sonra Ağ şəhərə dönüb.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, artıq polis həmin görüntülərin izinə düşüb və sürücünün tapılması istiqamətində işlər aparılır.
Vaqif Əsədovun sözlərinə görə, həmin sürücü tapıldıqdan sonra onun izahatı alınacaq.
Əgər sürücünün nömrəni gizlətməsi təsdiqlənərsə, o, 500-800 manat cərimə edilə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man