Şəki DYP orta məktəbdə tədbir keçirib - FOTO

İctimai nəqliyyat 16 Yanvar 2020 | 16:40
OXUNUB: 1292

Şəki Dövlət Yol Polisi, piyadaların intizamının artırılması, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə cari ildə təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti tədbir, 16 yanvar 2020-ci il tarixdə, Şəki şəhəri 11 saylı tam orta məktəbdə keçirilib.

Bildirilib ki, məqsəd, uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir. Belə ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev çıxış edərkən qeyd edib ki, aparılmış təhlillər zamanı respublika ərazisində piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində sürücülərlə yanaşı bəzən piyadalarında təqsiri olduğu müəyyən edilib. Belə qənaətə gəlmək olar ki, piyadalar yol hərəkəti qaydalarını lazımi səviyyədə bilmirlər və onlara əməl etmirlər. Ona görə də, təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac vardır.

2019-cu il ərzində, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xidməti ərazisində baş vermiş 20 yol-nəqliyyat hadisəsindən 5-i (25%) piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri olmuşdur ki, nəticədə 1 piyada həlak olmuş, 4 piyada isə yaralanmışdır. Həmin hadisələrin 1-i azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi olmuşdur. 1 azyaşlı (12 yaşlı uşaq) xəsarət almışdır.

Lakin, aparılmış profilaktiki tədbirlər öz müsbət nəticəsini vermiş, piyadaların iştirakı ilə baş vermiş 5 yol-nəqliyyat hadisəsinin heç biri piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən baş verməmişdir. Ona görə də, təhsil müəssisələrində bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Tədbirdə, məktəbin V-VIII sinif şagirdlərinə “Piyadanın vəzifələri” barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Məktəbin II sinif şagirdi, Nihal Balacazadənin, tədbirin sonunda “Svetofor” şeirini səsləndirməsi, tədbirə əlavə bir rəng qatıb. Polis baş leytenantı Tural Niftalıyev, bütün şagirdlərə yol hərəkəti qaydaları barədə şeir və mahnılar öyrənmələrini tövsiyyə edib və Nihal Balacazadəyə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış, ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə edib.

Tədbirin yekununda, Şəki şəhəri 11 saylı tam orta məktəbin direktoru, Ədalət Sədiyeva, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu cür maarifləndirici tədbirin keçirilməsinə görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.

Tədbirdə, ARB-Şəki televiziya kanalının çəkiliş qrupuda iştirak edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man