Bakı-Sumqayıt yolundakı tıxacla bağlı tənqidə YOL POLİSİNDƏN- CAVAB

İctimai nəqliyyat 15 Yanvar 2020 | 19:05
OXUNUB: 1717

Ötən gün Bakı-Sumqayıt yolunda növbəti böyük tıxac yaşanıb. Avtosfer.az-ın News24.az-a istinadən xəbərinə görə, insanlar saatlarla yolda gözləməli olublar. APA TV-nin direktoru Cavid İsmayıl  da öz soslal şəbəkəsində tıxacla bağlı şərh yazıb. O tıxacın səbəblərini belə izah edib: “Axşam Bakı-Sumqayıt yolunda əsl fəlakət idi. İşdən evə iki saat yarıma gedib çıxmışam. Çünki "Rahat Market"dən sonra yerüstü piyada keçidinin və Xırdalan körpüsünün altında yolun “butulka” effekti ilə daralması pik saatlarda kilometrlərlə uzanan tıxacla nəticələnir. Yolda baş verən kiçik qəza, hər hansı maşının benzininin qurtarması və ya Dövlət Yol Polisi əməkdaşlarının qayda pozan hansısa maşını saxlaması da bu işə öz "töhfə"sini verir”.

Jurnalistin fikrincə, Bakı-Sumqayıt yolu ilə bağlı radikal addımlar atılmasa, vəziyyət hər gün daha pis olacaq: “Bu addımlardan biri də 20 Yanvar dairəsindən Xırdalan dairəsinə qədər olan ərazidə əksəriyyəti qanunsuz olaraq tikilmiş və heç bir mülkiyyət sənədi olmayan obyektlərin sökülməsi hesabına yolun genişləndirilməsidir. 2016-cı ildə referendum yolu ilə Konstitusiyaya edilmiş dəyişikliklər dövlətimizə bu məsələdə əlavə səlahiyyət verir”.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Rüfət Quliyev bildirib ki, Bakı Sumqayıt yolunun hər bir hissəsində fasiləsiz olaraq əməkdaşlar xidmət aparır: “Təhlükəsizsiliyin təmin olunması üçün zəruri olan tədbirləri həyata keçirir. Xüsusilə, səhər saatlarında Bakı istiqamətində, axşam saatlarında Bakıdan üzü Saray qəsəbəsi, Xırdalan, Masazır və Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin sayı çox olduğundan hərəkət intensivdir. Amma onu demək olmaz ki, nəqliyyat vasitələri hərəkətsiz olurlar. Fasiləsiz hərəkət daima müşahidə olunmur. Eyni zamanda, yol polisi əməkdaşları lazımi tədbirlər həyata keçirərək bu sıxlığı aradan qaldırır”. 

Şöbə rəisi vətəndaşlara müraciət edib: “Baş Dövlət Yol Polisi əməkdaşı olaraq yol hərəkət iştirakçılarına bildiririk ki, qaydalara ciddi riayət etsinlər. İstər sərbəst, istər intensiv hərəkət zamanı zolaqlara diqqət etsinlər. Eyni zamanda, vətəndaşlar, sürücülər qaydaları pozmasınlar. Sükan arxasında telefonla danışmaq qəti yolverilməzdir. Eyni zamanda, piyadalara onu da tövsiyə edərdik ki, yalnız piyada keçidlərindən istifadə etsinlər. Yeraltı, yerüstü  keçidlərdən istifadə olunmaqla hərəkət təhlükəsizliyinin təmin olunmasına biz nail ola bilərik. Bu həm sürücülərin, həm piyadaların həyatı üçün çox vacib bir amildir”. 

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man