Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.
Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta polkovnik leytenant Rəşid Piriyev gətirilib.
BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Piriyev icra edirdi.
Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.
Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.
Rəşid Piriyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.
Gültən Qədirli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man