Yol polisi sürücülərə və piyadalara müraciət edib - VİDEO

İctimai nəqliyyat 03 Yanvar 2020 | 20:15
OXUNUB: 1101

Ayın 31-dən bu günə qədər paytaxt ərazisində 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 6 nəfər isə ağır xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, baş vermiş qəzalar araşdırılarkən müəyyən edilib ki, bunlar yüksək sürət və piyadaların məsuliyyətsizliyi üzündən baş verib.

Bu arada, Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib. Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı yol polisi sürücülərdən maksimum dərəcədə diqqətli olmalarını, sürət həddini şəraitə uyğun seçmələrini tövsiyyə edir.

Vaqif Əsədov deyir ki, sürücülər bəzi dağlıq ərazilərində yolların buz bağlamasını nəzərə alaraq, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər.

Bir qədər yaşlı sürücülər isə belə havada əsasən gənc həmkarlarına diqqətli olmalarını və sürət həddinə əməl etməyi xahiş edirlər.

Həmçinin, piyadalar da hava şəraitinin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər. Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməli, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçməlidirlər.

Daha ətraflı videomaterialı təqdim edirik:

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man