Yol qəzalarında hadisə yerinə necə tez cataq? - Tədbirlər planı hazırlandı

İctimai nəqliyyat 25 Dekabr 2019 | 18:00
OXUNUB: 915

Bu gün "Excelsior Hotel"də "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023 Dövlət Proqramının müzakirəsi və Ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi"nə həsr olunmuş tədbir keçirilib. Lent.az xəbər verir ki, "Avtosfer.az" saytı və "Toyota"nın Azərbaycandakı rəsmi nümayəndəliyinin təşəbbüsü ilə baş tutan tədbirdə avtomobil eksperti Elməddin Muradlı, "Toyota"nın rəsmi nümayəndəsi Sabir Kazımzadə, sabiq deputat Çingiz Qənizadə, Bakı Şəhər Baş Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev, BŞBYPİ-nin qərargah rəisi mayor Elvin Hüseynzadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə və bir sıra media nümayəndələri iştirak edib.

Əvvəlcə "Avtosfer.az" saytını baş redaktoru Elməddin Muradlı çıxış edərək, ekoloji təmiz avtomobillərin sayının artmasının və bunun üçün stimullaşdırıcı tədbirlərin görülməsinin vacib olduğunu bildirib. Daha sonra Ekologiya Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə köhnə maşınların faiz nisbətilə çox olduğunu bildirib. O, həmçinin Avropaya nisbətən Azərbaycanda avtomobillərin az olduğunu vurğulayıb. Şöbə müdiri hazırda hibrid avtomobillərin ƏDV-dən azad olunması barədə təklifə baxıldığını bildirib.

Bakı Şəhər Baş Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev qəzadan sonra ilkin yardımın daha tez çatması üçün aidiyyatı qurumların birgə təlim keçirməsindən danışıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man