Azərbaycanda polis gücləndirilmiş iş rejiminə keçir – Nazirdən əmr

İctimai nəqliyyat 19 Dekabr 2019 | 13:15
OXUNUB: 1287

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əmrə əsasən, bələdiyyə seçkilərinin yüksək təhlükəsizlik şəraitində keçməsi məqsədilə respublikanın daxili işlər orqanları dekabr ayının 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
Əmrdə qeyd olunur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir. Xüsusi geyim formasında olan polis əməkdaşı seçki  məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir. 

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man